Misli Premyer Liqasının 3-cü turunda "Qəbələ" ilə keçirilmiş oyundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Qəbələ" yaxşı komandadır. Son iki oyunda bunu göstərdilər. Ağır oyun oldu. Üstünlük bəzən bizdə, bəzən isə rəqib tərəfdə olurdu. Əzmkar qələbə qazandıq. Komandanı təbrik edirəm.

Cosqun Diniyev istədiyim futbolçudur. Onun transferi komandamıza faydalı olacaq. Ona inanırıq.

Hər zaman yerli futbolçulara güvənmişik. İkinci hissədə 6-7 yerli futbolçu meydanda idi. Həm yaxşı yerli, həm də güclü legionerlər futbolçularımız var. Futbolçunu yerli və legioner deyə seçmirik. Kim oyuna hazır olursa, ona da şans veririk.

Süleyman gənc qapıçıdır. Üzərində işləməlidir. Bu gün Premyer Liqada oynamağa hazır deyil, amma perspektivli qapıçıdır.

Roman Maçado məşqlərə başlayıb. Ümid edirik ki, millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra o da komandamıza qoşulacaq".